Namaz qılmaq üçün valideyndən icazə almaq vacibdirmi?

    04.06.2014
Kimdən: 
Fuad
Sual: 
Salameleyki.Menim 14 yasim var namaz qilaga baslamisam 9 gundur.atam indi xeber tutub.deyir namaz qilma!men neyleyim.
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Rəbbin yalnız ona ibadət etməyi və valideynlərinə yaxşılıq etməyi əmr edir". (əl-İsra, 23). Amma Allahın əmrindən çıxmaq məsələlərində heç kimə itaət etmək olmaz. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095). Çalışın ki, valideynlərinizi gözəl şəkildə tədricən başa salıb, əxlaqla və hikmətlə onları haqqa dəvət edəsiniz. Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125).
Əslində valideynin boynunda övlad haqlarındandır ki, övladına namaz qılmağı öyrətsin. Rəvayətə görə bir gün Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) hələ o uşaq ikən, yəni islamı yeni qəbul etdiyi ərəfələrdə Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namaz qılmağı tövsiyə etdikdə, Əli (Allah ondan razı olsun) cavabında belə deyir: Ey Allahın Elçisi, izn ver, gedib bu məsələ ilə bağlı valideynlərimdən icazə alım! Allah Rəsulu (salləllahu aleyhi və səlləm) deyir, buyur ey Əli! Əli  (Allah ondan razı olsun) yol boyu fikirli gedərkən birdən geri qayıdır. Bunu görən Allah Rəsulu (salləllahu aleyhi və səlləm): "Nədir səni belə tez geri qaytaran ey Əli? Yoxsa valideynlərindən icazə aldınmı?" - deyə soruşur. Əli (Allah ondan razı olsun) deyir: "Xeyr, ey Allahın Rəsulu! Yol boyu gedərkən, bu barədə elə hey düşünürdüm. Birdən ağlıma gəldi ki, məgər Yaradana ibadət etmək üçün yaradılmışlardanmı icazə almalıyam?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əlinin (Allah ondan razı olsun) bu zəkasına və düşüncəsinə sevinir və onu tərif edərək deyir: "Doğru söyləyirsən ey əmimin oğlu!"
Bütün bunlarla yanaşı Uca Allaha səmimi qəlbdən yalvararaq çoxlu dualar etməyi isə əsla unutmayın, çünki insanların qəlbləri Uca Allahın əlindədir. Allah sizə yardımçı olsun!
Həmçinin oxuyun: Valideyn hicaba görə narazıdırsa, nə etməli?

Teqlər: 
Paylaş: