Qadınlara Cümə namazı vacibdirmi? Quranda Cümə namazı varmı?
Sual:
Salam mən bir gun internetdən cumə namazinin quranda olmadigini oxumuşdum ,məndə cümə namazi qilmiram sizdən xaişim mənə komək edin mən cümə namazi qilim yoxsa qilmayim?
Cavab:
Va aleykum Salam. Əvvəla qeyd edək ki, dinə aid məlumatları qarşınıza çıxan hər internet saytından götürməyin. Yalnız Qurana və səhih hədislərə istinad edən, onların izahını və həyatda tətbiqini öz başa düşdükləri kimi yox, peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) və səhabələrin etdiyinə uyğun şəkildə edən mənbələrdən dini öyrənmək lazımdır. İmam Muslim "Səhih" əsərində Muhəmməd ibn Sirindən rəvayət edir ki, o demişdir: "Həqiqətən bu elm dindir və dininizi kimlərdən götürdüyünüzə diqqət edin".
Qurani-Kərimdə Cümə namazına aid tam bir surə var, lakin, bu namazda iştirak etmək qadınlara və müsafirlərə vacib deyil. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qadınlar azan, iqamə, Cümə namazı və Cümə günü qüsl almaqdan məsul deyillər. Öz aralarında camaatla namaz qılanda imam olan qadın ön tərəfə çıxmadan birinci cərgənin ortasında dayanmalıdır". (əl-Beyhəqi "Sunənul-Kubra" 1/408). Daha ətraflı: