Hər dəfə cinsi əlaqədən sonra mütləq qüsl almaq lazımdır, yoxsa təyəmmüm də etmək olar?

    23.04.2014
Kimdən: 
Əsma
Sual: 
Salam aleykum. Eger 1 gun erzinde 3 defe yoldashimla elaqede olmushamsa, her defe qüsl almaliyam, yoxsa teyemmum ede bileremmi?
Cavab: 

Aleykum salam. Əgər qüsl almağa heç bir maneə və çətinlik yoxdursa, bu zaman qüsl almaq vacibdir. Təyəmmümü yalnız xəstəlik təhlükəsi, su tapmadıqda və ya buna bənzər hallarda almaq olar. Uca Allah Təala buyurur: "...Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə, şükür edəsiniz!" (əl-Maidə, 6).

Paylaş: