Sevdiyim insan şəhid olub, onunla Cənnətdə qovuşa bilərəmmi?

    18.06.2021
Sual: 
Salam. Mənim sevdiyim insan şəhid oldu. evlənməyimizə bir iki ay qalmışdı.cənnətdə qovuvuşa bilərikmi? bunun üçün hər namazda çoxlu dua edirəm. qovuşa bilərikmi?
Cavab: 
Və aleykum Salam. Əvvəla Uca Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə isə səbir diləyirik! Allah yolunda şəhid olanlar Allah qatında diridirlər, onların ruhları artıq Cənnətdə dolaşır və onlara ruzi verilir. Uca Allah buyurur:  "Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər; özlə­rinin Rəbbi yanında onlara ruzi verilir" (Ali-İmran, 169). Böyük səhabə Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) bu ayənin mənası barədə soruşduqda, o, belə cavab vermişdir: "Biz bu haqda Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşduq və o, belə buyurdu: "Onların (şəhidlərin) ruhları yaşıl quşların için­də­dir. Bu quşlar üçün Ərşdən qəndillər asılmışdır və onlar Cənnətdə istədikləri yerdə onlara ruzi verilir, sonra həmin qəndillərə qayıdırlar. Rəbb­ləri onlara nəzər salıb buyurur: “Bir şey istəyirsi­niz?” Onlar deyir­lər: “(Artıq) nə istəyə bilərik ki, Cənnətdə istədiyimiz yerdə ruzilənirik”. Allah onlardan bunu üç dəfə soruşur. Onlar da buna cavab verməkdən boyun qaçıra bilməyəcəklərini görəndə: “Ey Rəbbi­miz! Biz, ruhu­m­uzun cəsədlərimizə qaytarma­ğını və Sənin yolun­da yeni­dən öl­dü­rülməyimizi istəyirik”- deyə cavab verirlər. Allah, onla­rın  ehti­ya­cı olmadığını görəndə, onları tərk edir". (Muslim, 1887, 3500, 4993).
Cənnət əhlindən olan bir insanı Cənnətdə görmək üçün Cənnət əhlinin əməllərini edib Uca Allahdan Cənnət sakinlərindən olmağı diləmək lazımdır. Cənnətə düşmək Uca Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinməklə olur. Həmçinin oxuyun: Cənnətə girmək üçün hansı əməlləri tərk etmək lazımdır?
Paylaş: