Tağut nədir?
Aleykum salam.
1) Uca Allah buyurur: "Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar". (əl-Bəqərə, 257).
Ümumən tağut sözünün mənası genişdir. Lakin daha izahlı olsun deyə tağutun tərifi belədir: "Uca Allahdan qeyri ibadət olunanların hamısı tağutdur".
Bunda ən böyük payı olan isə şeytandır. Həmçinin sehirbazlar tağutudur, kahinlər tağutdur və s.
Tağuta misal olaraq bunları göstərmək olar:
İblis. Uca Allah buyurur: "Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın". (Sad, 78) ayəsində Allahın xitab etdiyi lənətli və ilahi rəhmətdən qovulmuş şeytandır.
"Biz mələklərə Adəmə səcdə edin dedikdə Iblisdən başqa hamı səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən oldu". (əl-Bəqərə, 34).
Allahdan qeyrisinə özünün razılığı ilə ibadət olunanlar. Bundan Allaha sığınırıq. İstər həyatda ikən ona ibadət edilsin, istərsə də ölümündən sonra ona ibadət edilsin. Bundan razı olduğu təqdirdə o, kimsə tağutdur.
İnsanları özünə ibadət etməyə çağıran bir kimsə də belədir. Belə bir kimsənin çağırışı istər qəbul edilsin, istərsə də qəbul edilməsin, o kimsə tağutdur.
Qeybi bildiyini iddia etmək. Qeyb insanın görmədiyi, hal-hazırda olmayan deməkdir. Bunu bildiyini iddia edən kimsə müsəlman sayılmaz. Çünki o, bu iddiasıyla Allah və Rəsulunu yalanlamışdır: "Göylərdə və yerdə qeybi Allahdan başqa heç kəs bilməz. Onlar nə vaxt diriləcəklərini də bilməzlər". (ən-Nəml, 65).
Qeybdən xəbər verən insanlara bir sualımız vardır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) qeybi bilmədiyi halda, sizin qeybi bilməniz necə mümkün ola bilər? Sizmi daha üstünsünüz, yoxsa Allahın Rəsulu? "Qeybi bilən ancaq Odur və O qeybi heç kəsə əyan etməz. Bəyənib seçdiyi Peyğəmbərdən başqa". (əl-Cinn, 26-27).
"De ki: Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır, mən qeybi də bilmirəm…". (əl-Ənam, 50). Həmçinin oxuyun: Tağut nədir və necə inkar edilir?
2) Şahidlik etməsə belə, bankda işləməkdən çəkinmək lazımdır.