Kişi qadına xəstə valideyninin yanında qalıb ona qulluq etməyi qadağan edə bilərmi?

    18.06.2021
Sual: 
Salam.atamn xestelyile baqli rayona getneymcun yoldasma dedim razilasdi,dedi 1 heftede qal men 10 gun qaldim sonra dedi getme.getsen qurtaracam,men de dedim ailem daqilsa da gedecem.o menim atamdi xeztedi men onu tek qoya bilmerem.ozu meni yola saldi ve gelende menm qabaqma cxb meni usaqlarimla birge atam evine qoydu,men onunla vetmem istedim,amma o camadanima tepik vurdu vesimi masindan cxartdi getdi.2 aydir.seninle qurtarmisam deyir ve deyir ki melekler mene lenet oxuyur.ne uwaqinin maddi durumuyla maraqlanr ne menm.ehtiyaclarmi valideynim odeyir.men isleye bileremmi?islemeyime hemise narazi olub.bu hereket islamda nece qarwilanir,men coxmu gunahkaram?o gunahsizdirmi? Nece illerdi beledi
Cavab: 
Və aleykum Salam. Dinimiz qadına ərinə itaət etməyi, onunla gözəl davranmağı, ərinin namusunu və malını qorumağı buyurub. İslam alimləri onu da bildirmişlər ki, qadının öz ərinə itaət etməsi valideynlərinə itaət etməsindən daha vacibdir. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir". (əl-Bəqərə, 228). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Allahdan qeyrisinə səcdə etmək icazəli olsaydı, qadına ərinə səcdə etməsini əmr edərdim". (İbn Macəh, 2/1852).
Ər də öz növbəsində bilməlidir ki, o, zövcəsinə valideynləri ilə əlaqə saxlamağı qadağan edə bilməz. Xüsusən də əgər qadının valideynlərdən hər hansı biri xəstədirsə, bu halda ər özü də qadının xəstə valideynini ziyarət etməlidir. Həmçinin, kişiyə öz ailəsini maddi cəhətdən təmin etmək vacibdir. 
Uca Allah bildirir ki, əgər ər-arvad arasında ixtilaf baş verərsə, bu halda hər iki tərəfin qohumlarından əməlisaleh bir kəsə müraciət etmək lazımdır. Uca Allah bu xüsusda buyurur: "Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, hər şeydən Xəbərdardır" (ən-Nisa, 34). 
İşləməklə əlaqəli suala gəlincə, bilməlisiniz ki, ərinizlə aranızda inciklik baş verməsinə baxmayaraq, siz hələ də ər-arvad sayılırsınız və siz işləmək üçün ərinizdən icazə almalısınız. Əks halda günah qazanmış olarsınız. Həmçinin oxuyun:

Ərim mənimlə maraqlanmır, nə edim?

Teqlər: 
Paylaş: