Dinimiz qızla oğlanın tanışlığına icazə verirmi?

    29.07.2021
Kimdən: 
Nicat
Sual: 
Salam Aleykum və rəhmətullah.Mənim bəzi suallarım vardır cavablandırsaz məmnun olaram.Aşağıdakı üç sualı həm kişi həm də qadınlar üçün nəzərdə tutmuşam. 1.Saat taxmaq icazəlidirmi 2.ələ bilərzik və ya boyunbağı taxmaq olarmı(həm kişi,həm qadın üçün) 3.Müasir dövrdə gənclər tanış olanda nələrə diqqət eləmədir.Dinimiz bizə hansı icazələri verib? Yəni oğlanın qızla tanış olmasına icazə verilirmi,mən bildiyim qədəri ilə onlar tək qala bilməz naməhrəm sayılırlar bəs əgər mən qızı tanımaq istəyirəmsə,bir birimizə uyğun olub olmamağımızı bilmək istəyirəmsə o halda neyləməliyəm? ümumiyyətlə naməhrəm olan biri ilə tanışmaq məqsədi ilə görüşmək icazəlidirmi(əgər valideynlərinin xəbəri varsa).
Cavab: 
Və aleykumus-Sələm və Rahmətullah.
1. Kişi və qadınların qoluna saat taxmasında heç bir qadağa yoxdur.
2. Bu cavabları oxuyun:
Dəmir üzük taxmaq olar?
3.
Dinimiz şəriət qanunları çərçivəsində qızla oğlanın tanışlığına icazə verir. Dinimizə görə oğlanın naməhrəm qıza yaxınlaşıb onunla evlənmək niyyəti ilə tanış olmaq istədiyini bildirməsi qadağandır. Çünki bu davranış fitnəyə səbəb ola bilər. Dinimizə görə oğlan xoşlandığı və evlənmək istədiyi qıza özü deyil, ailə üzvlərindən bir qadın vasitəsilə xəbər göndərməlidir. Tərəflər bir-biri ilə maraqlanıb razılıq verdikdən sonra oğlanla qız məhrəmlərin iştirakı ilə görüşməli və biri-biriləri ilə yaxından tanış olmalıdırlar. Tərəflərin biri-birilərini daha yaxşı tanımaları üçün bu görüşlərin sayını artırmaq olar. Daha ətraflı:
Teqlər: 
Paylaş: