Ərindən küsmüş qadın onunla yaxınlıqdan imtina edə bilərmi?
Sual:
salam aleykum.eger qadin kisiden incidiyi ucun kisinin yaxinliq etmek isteyine etiraz edirse bu zaman melekler o qadina lenet edirmi?
Cavab:
Va aleykum Salam. Qadının üzərində olan ər-arvad haqlarından biri də budur ki, əri onunla yaxınlıq etmək istədikdə, imtina etməsin. Yalnız heyz, nifas və xəstəlik kimi üzrlü hallar istisnadır. Qadının kişidən inciməsi üzrlü səbəb deyil, odur ki, qadının bu səbəblə ərini onunla yaxınlıq etməkdən məhrum etməsi günahdır və bu əməl qadının mələklər tərəfindən lənətlənməsinə səbəb ola bilər. Kişi qadından incimiş olsa belə onu saxlaması, onu maddi cəhətdən təmin etməsi vacib olduğu kimi, qadın da kişidən incimiş olsa belə, əri istədikdə, onunla yaxınlıq etməsi vacibdir. Daha ətraflı: Kişi öz qadınını yatağına dəvət etdikdə qadını imtina edə bilərmi?