Quranda dinin kamil olduğu bildirildiyi halda hədislərə ehtiyac varmı?
Sual:
Salam aleykum.
Hədislər nə dərəcədə güvənlidir.Axı Allah Quranda dini sizin üçün kamil etdim qeyd edib bəs bizim nə üçün hədislərə istinad etməyimizə ehtiyac var
düzdür bəzi məsələlərdə hədislər həqiqətən də köməyə çatır və bu hədislər qurandakı ayəni izahlı şəkildə verir.Məsələnə mən sizin saytda baxmışdım rəsm çəkmək haramdır.Şalvarın ayağı topuqdan yuxarı olmalıdır və hər bir müsəlman kişi saqqalın kəsməməlidir.Şəxsən mənə bu üç şey hələdə qaranlıq qalıb.Mənə bunlara aid quran Ayəsi varsa xahiş edirəm yazardınız.
Allah sizdən razı olsun,sizin saytdan çox şey öyrənmişəm,demək olar ki hər şeyi burdan öyrənmişəm.Xahiş edirəm yuxarıdakı sualımı ətraflı və quran ayəsi ilə cavablandırasınız.
Cavab:
Va aleykum Salam. İslam dini yalnız Quranla tamamlanmır. Dində doğru yolda olmaq üçün Quran və səhih hədislərə əsaslanmaq və onları peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) və səhabələrin başa düşüb tətbiq etdiyi kimi tətbiq etmək lazımdır. Quranda bir çox məsələlər ümumi qeyd olunur. Onu izah edən isə Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhih hədisləridir. Quran bizə Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) itaət etməyi əmr edir. Daha ətraflı: Hədislərə tabe olmağın vacibliyi
Sualda qeyd etdiyiniz məsələlər - saqqalın uzadılmasının, şalvarın topuqdan yuxarı olmasının vacibliyi və şəkil çəkməyin haram olması barədə Quran ayəsi olmasa da, bu barədə səhih hədislər rəvayət olunmuşdur. Bunun təsdiqi isə Quranda Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) itaət etməyin vacibliyinə dair ayələrdir. Həmçinin oxuyun: