Sevdiyin qızla ailə qura bilmədiyin üçün heç vaxt evlənməmək olarmı?

    02.08.2021
Kimdən: 
Hüseyn
Sual: 
As Salamun Aleykum. Evvelceden deyim ki, bu sualımın cavabını bilmeyim çox vacibdi. Çox xahiş edirem ki, cavablandırasınız. Gencede yaşayıram. Men 15-16 yaşlarımda bir qızı sevmişem, gözüm ondan başqalarına kor olmuş kimi sevmişem. Amma qızın mene qarşı heç bir hissi yox idi ve sonradan bilmişem ki, hemin qız da başqasını sevir (qarşılıqlı). Amma men hemişe onu seveceyime, heçvaxt ondan başqası ile evlenmeyeceyem deye ilk günden tövbe etmişem. Etdiyim tövbeden peşman deyilem. İndi 23 yaşım var ve hemin qız sevdiyi oğlanla evlidi. Men de onu sevmişem deye ondan başqası ile evlene bilmerem amma bu da mümkün deyil. Sualım budur ki, eger buna göre heç vaxt evlenmesem günah qazanmış olacağam ?
Cavab: 

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, tövbə, günah əməllərə görə edilir. Hansısa bir halal əməli tərk etmək tövbə sayılmır və bu əmələ qayıtmaq tövbəni pozmaq demək deyil.
Evlənməyə gəlincə, bu, Uca Allahın əmridir: "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin...". (ən-Nur, 32). Sevdiyi qızla evlənə bilmədiyi üçün Uca Allahın bu əmrini tərk etmək və evlənməyi özünə haram etmək günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Alla­hın sizə ha­lal buyurduğu tə­miz şey­ləri haram etməyin və həd­di aş­mayın. Həqiqətən, Allah həddi aşan­ları sevməz" (əl-Maidə, 87). İbn Kəsir bu ayənin təfsirində demişdir:
"əl-Buxari və Muslimin "Səhih" əsərlərində Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət edilir ki: "Bir dəfə üç nəfər Peyğəm­bə­rin (salləllahu aleyhi və səlləm) evinə gəlib onun əhli-əyalından Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) gizilində etdiyi ibadət barəsində so­ruş­dular. Bu haqda onlara xəbər verildikdə, (onlar etdikləri ibadətin az oldu­ğu­nu güman etdilər) on­lar­­dan biri dedi: "Mən heç vaxt ət yeməyəcəyəm". Digəri dedi: "Mən qadınlara yaxın durmayacağam, heç vaxt ev­lən­­məyə­cəyəm". Üçüncüsü dedi: "Mən bütün gecələri ibadət edəcəyəm, yatmayacağam". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunu eşitdikdə dedi: "Bəzi insanlara nə olub ki, belə-belə deyirlər? Allaha and olsun ki, mən bəzən oruc tutur, bəzən də tut­mu­ram, gecənin bir vaxtını namaz qılır, digərində isə dincəlirəm və nəhayət, mən qadınlarla evlənirəm. Belə olduğu halda mənim yolumdan çıxan kim­sə­lər məndən deyildirlər" (Səhih əl-Buxari, 9/89-90; Səhih Muslim, 1/394)". Odur ki, Allaha dua edərək sizə daha xeyirli həyat yoldaşı yetirməsini istəyin. Ola bilsin ki, həmin qızla evlənmək sizin üçün xeyirli olmayıb. Uca Allah buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz" (əl-Bəqərə, 216). Daha ətraflı: Evlənməmək günahdırmı?

Paylaş: