Təcavüzə məruz qalan qadın intihar edə bilərmi? Əri onunla necə davranmalıdır?
Sual:
Sual 1. İslama görə bir qadının təcavüzə məruz qalmaması üçün tək yolu intihar etmək olarsa, nə etməlidir?
Sual 2. Heç bir günahı olmadığı halda təcavüzə məruz qalmış bir qadın zina etmiş sayılırmı? və İslamın bu qadın haqqında hökmü nədir? və də Qadının həyat yoldaşı bu halda necə davranmalıdır?
Öncədən təşəkkürlər.
Cavab:
Və aleykum Salam.
1) İslam dininə görə düşdüyü vəziyyətdən asılı olmayaraq insanın öz canına qəsd etməsi haramdır və Cəhənnəm əzabına aparan səbəbdir. Daha ətraflı:
İntihar etməyin günahı
2) Təcavüzə məruz qalmış qadın zina etmiş sayılmır. Zinakar, öz nəfsi istəklərinə uyaraq zina edənə deyilir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcbur edilərək etdiyi günahları bağışlamışdır". (İbn Macəh, 2043).
Əbu Əbdur-Rahmən əs-Suləmi deyir ki, bir dəfə Ömər ibn Xəttabın (Allah ondan razı olsun) yanına bir qadın gətirdilər. Həmin qadın susuzluqdan əziyyət çəkirmiş. Qarşısına çıxan çobandan su istədikdə, çoban ona təslim olmayınca (zina etməyə razılıq verməyənə qədər), su verməkdən imtina edib. Qadın da ölməmək üçün buna razılaşıb. Ömər ibn Xəttab (Allah ondan razı olsun) həmin qadının cəzalandırılması barədə məşvərət etdi. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) dedi: "Bu qadın zərurət halında olub. Mən onun azad edilməsinin tərəfdarıyam". Ömər də onu azad etdi. (əl-İrva, №: 2313; əl-Beyhaqi: 8/236).
Zinaya məcbur edilən qadının əri qadının bu əməli öz istəyi ilə etmədiyini başa düşüb onunla yaşamağa davam etməlidir. Həmçinin oxuyun: