Məcburən günah edib sonra tövbə etsəm, Allah qəbul edər?
Sual:
Əgər hər hansı bir əməlin böyük günahlardan olduğunu bilib amma məcburiyyətdən o günahı edib sonra tövbə edərsəm Allah qəbul edərmi?
Cavab:
Salam aleykum. Məcburiyyət qarşısında edilən günahlar bağışlanır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043). Hətta bu, Uca Allaha şərik qoşmaq və küfr etmək kimi ən böyük günah olsa belə bağışlanır. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Ammar ibn Yasir adlı səhabəsinin (radıyəllahu anhu) başına gəldiyi hadisəni misal gətirmək olar. Rəvayət edilir ki: "Məkkə müşrikləri Ammar ibn Yasiri (Allah ondan razı olsun) həbs etmişdilər və qureyşdən olan bir müşrik əlindəki bütü ona tərəf tutaraq: "Bunu sənin tanrın olduğunu təsdiq et, yoxsa səni öldürəcəyəm" - dedi. Bu vaxt Ammar ibn Yasir onların dediyi ilə razılaşdı. Sonra Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib hadisəni ona danışdı. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ondan soruşdu: "Həmin anda sənin qəlbində Allaha olan imanın necə idi? O dedi: "Mənim Allaha olan imanımda zərrə qədər dəyişiklik yox idi". Peyğəmbər (salləllahu aleyhi və səlləm) Ammar ibn Yasirin (Allah ondan razı olsun) sadiq olduğunu bəyan etdi". Həmçinin, üstəlik tövbə etmisinizsə, əlavə savab qazanmısınız. Uca Allah buyurur: "Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər". (əl-Furqan, 71).
Tövbə etmək istəyən kəs nə qədər ki, sağdır onun üzünə tövbə qapısı hər zaman açıqdır. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Uca Allah gündüz günah edənlərin tövbələrini qəbul etmək üçün gecə əlini uzadır. Gecə günah edənlərin tövbələrini qəbul etmək üçün də gündüz əlini uzadır. Bu günəşin şərqdən (batdığı yerdən) doğma vaxtına qədər belədir". (Səhih Muslim, 2759). Həmçinin oxuyun: Günaha məcbur olunan adam tövbə etsə, tövbəsi qəbul olunarmı?