Xakerliklə məşğul olmaq və "sındırılmış" proqramları işlətmək olarmı?

    03.09.2021
Kimdən: 
Anonymous
Sual: 
Salam Aleykum və rəhmətullah. 1.Qardaş xakkerlik ilə məşğul olmaq günahdır? 2.Xakkerin hack etdiyi məhsuldan istifadə etmək günahdır? qardaş xahiş edirəm suallarıma cavab verəsiniz.Mən özüm xakkerlik edirəm həm də hack edilmiş proqramlardan istifadə edirəm qul haqqına girmirəm? təşəkkür edirəm
Cavab: 

Va aleykumus-sələm və rahmətullahi və bərakətuhu.

  1. Xakerliklə məşğul olmaq şəriətə görə haramdır, çünki xakerlər insanların icazəsi olmadan onların elektron ünvanlarına və şəxsi hesablarına daxil olub, onların gizli məlumatlarını və ya pullarını oğurlayaraq haqsızlıq etmiş olurlar.
  2. Xakerlərin "sındırdığı" proqramları istifadə etmək də haramdır, çünki əslində proqramın müəllifi onu pul müqabilində satır. Sındırılmış proqramı isə pulsuz istifadə etdiyiniz üçün bir növ oğurluq etmiş, müəllifin haqqına girmiş sayılırsınız. Ona görə də, proqram məhsullarını da digər məhsullar kimi ya pul ödəyərək almaq, ya da pulsuz alternativini tapmaq lazımdır.

Daha ətraflı bu cavabları oxuyun:

Qul haqqı barədə 

Paylaş: