Oğurlanmış paltarı tövbə etdikdən sonra geyinmək olarmı?

    29.09.2017
Sual: 
Salam aleykum men tövbə etmişəm ogurladiğim paltari tövbə etdikdən sonra geyinə bilərəm?
Cavab: 
Və aleykum Salam. Qəsbkar insanın, qəsb etdiyi şeydən faydalanması haramdır. Onun, qəsb etdiyini öz sahibinə qaytarması vacibdir.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Biriniz zarafat və ya ciddi olaraq qardaşının əşyasını götürməsin. Hətta kim qardaşının əsasını (əl ağacını) götürübsə onu geri qaytarsın". (Əbu Davud, 4982). Tövbə edib həmin adamdan halallıq alıb paltarı ona qaytarmaq mümkün olmasa paltarı həmin adamın adından sədəqə edin, çünki tövbə etsəniz də bu paltarı geyinmək olmaz. Həmçinin oxuyun: 
Paylaş: