Ölüyə qırx gün yas saxlamaq olarmı?

    29.07.2021
Kimdən: 
Təhmin
Sual: 
Ölüye,40,qoymağa,olar
Cavab: 
Salam aleykum. Dünyasını dəyişən insan üçün qırx gün yas saxlamaq dinimizdə əsli olmayan əməllərdəndir. Şəriətə görə ölən insan üçün üç gün yas saxlanılır. Yalnız əri ölmüş evli qadın əri üçün 4 ay 10 gün yas saxlamalıdır. Qadının ərinə yas saxlaması dedikdə, özünə bəzək-düzək vurmaması, ətirlənməməsi, qızıl zinətlərini taxmaması, rəngli paltar geyinməməsi, xına qoymaması və gözünə sürmə çəkməməsi nəzərdə tutulur. Ummu Atiyyə deyir: "Bizə ölü üçün üç gündən artıq yas saxlamaq qadağan olunurdu. Yalnız ər üçün dörd ay on gün yas saxlamağa icazə var idi. Bu müddətdə sürmə çəkməz, ətirlənməz, boyanmış paltar geyinməzdik. Geyindiyimiz paltar adi və birrəng olardı. Heyz adətindən sonra təmizləndikdə (ətirlənmək məqsədi ilə deyil, pis qoxuların aparılması üçün) bəzi ətirlərdən istifadə etməyə icazə verilmişdi. Həmçinin cənazəni müşayiət etmək də bizə qadağan idi". (Səhih Buxari, 5341; Səhih Muslim, 938). Həmçinin oxuyun: 
Teqlər: 
Paylaş: