Ailəmi xurafatdan çəkindirmək üçün nə edə bilərəm?
Sual:
Salam aleyküm.men özüm 1 ilden artiğdirki namaz qiliram. Ailem evel qarşi idi. İndi qarşi deyiler. Ancaq ailem seyidlere, düzgün olmayan ziyaret yerleri, haciqaraman ve.s kimi şeyler danşirlar. Onlarla Cox dalaşiram söz sohbet olur. Yenede öz bildikleridi. Men qorxuram onlarin içinde küfre duşmekden.mene komekci ola bilersinizmi. Allah sizin kimilerinden razı olsun.
Cavab:
Və aleykum Salam. Uca Allahdan sizi Öz haqq dinində sabit etməsini ailənizə də hidayət verməsini diləyirik! Uca Allahdan daim dində sabitlik diləyin. Həmçminin, Allahı ibadətdə təkləşdirməyi öyrədən tövhid elmini öyrənin və ailə üzvlərinizi də gözəl əxlaqla və səbirlə dəvət edin. Elminizi artırın, əxlaqınızı gözəlləşdirin və valideynlərinizin haqqı qəbul etməsi üçün Allaha çoxlu dualar edərək onları hikmətlə və gözəl şəkildə dəvət etməyə çalışın. Onlarla həmişə mülayim olun, səsinizi qaldırmadan, səbirlə bu işə davam edin. Həmçinin oxuyun: