Övladın valideyninə haqqı başa salması icazəlidirmi?

    16.12.2014
Kimdən: 
Ceyhun
Sual: 
Bilmeden gunah iwleden boyuklerimize gunahini bawa salmaq,onlara sehv yolda olduqlarini demek ne derecede duzgundur....
Cavab: 

Aleykum salam. Hər bir müsəlman valideyninə və digər yaxın qohumlarını haqqa, Allaha ibadət etməyə, haramlardan çəkinməyə və əmrlərini yerinə yetirməyə dəvət etməlidir. Uca Allah buyurur: "Ən yaxın qohumlarını qorxut! (dəvət et!). Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!" (əş-Şuəra, 214-215).
"Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır". (ət-Təhrim, 6).
"Ailənə namaz qılmağı əmr et, özün də onu səbrlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya bağlıdır". (Ta Hə, 132).
Əgər ailə üzvləri Allaha şərik qoşursa, evdə spritli içkilər içilirsə, siqaret çəkilirsə, evə haram qazanc gətirilirsə və ya digər haram əməllər olunursa, övlad çalışmalıdır ki, bunların günah olması barədə valideynlərini məlumatlandırsın. İslamda dəvət əvvəlcə ailə üzvlərindən başlayır.
Uca Allah buyurur: "Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. Bir zaman o, atasına demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan". (Məryəm, 41-45).
Dəvət İbrahim (aleyhis-sələm) bizə nümunə göstərildiyi kimi, gözəl əxlaqla olmalıdır: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125). Həmçinin oxuyun:
Haqqa dəvət necə olmalıdır?
Haqqı qəbul etməyən insanlarla necə rəftar edim?
 

Teqlər: 
Paylaş: