"Allah bağışlayandır"- deyib günaha davam etmək doğrudurmu?

    11.11.2021
Kimdən: 
.
Sual: 
Salam. Zehmet olmasa cvb verersizde. Indiden tewekkurler. Bir günah var hemwe deyiremki etmiyecem duada edirem tovbede edirem. Sonra yene hemin gunaha el atiram. Nefsimle weytanla bacarmiram. Deyiremki onsuzda Allah bagiwlayandi tovbe etsem bagiwlayacaq. Men neyliye bilerem. Cidden beynim bedenim nefsim bacarmir. En çoxda bu fikir aparır meni günahaki onsuzsa Allah bagiwlayandı. Özünü sıxma çünki nefsimle bacarmiram. Özde menim duam var. Sevdiyime qovuwmaq duası. O günah duamida zencirliyib duamida yawiya bilmirem. Ne edim çox caresiz qalmiwam
Cavab: 

Va aleykum Salam. Uca Allahın mərhəmətinə arxayın olub tövbəni gecikdirmək və günah əməllərə davam etmək şeytanın hiylələrindən biridir. Şeytan bu yolla insanı arxayın edib günah əməllərə sövq edir və nəhayət insanı ölüm haqlayanda günah üzərində ölür və tövbə etməyə müvəffəq olmur. Bilmək lazımdır ki, Uca Allah mərhəmətli və rəhmli olmaqla yanaşı həm də şiddətli əzab verəndir. Uca Allah Özü barədə Quranda belə buyurur: "Qullarıma xəbər ver ki, Mən Ba­ğışlayanam, Rəhmli­yəm. Əzabım isə ağrılı-acılı əzab­dır" (əl-Hicr, 49-50). əl-Həsən əl-Bəsri demişdir: "Bəzi insanlar Uca Allahın günahları bağışlayan olduğuna arxayın olub dünyadan tövbə etmədən köçmüşlər. Onlardan biri belə deyərdi: "Mən Rəbbim barədə gözəl zəndəyəm", halbuki belə deməkdə yalan söyləyir, çünki əgər Allah barədə gözəl zənn etmiş olsaydı, Ona itaət edib əməllərini yaxşılaşdırardı". (əl-Buxari). Alimlərdən biri belə demişdir: "İtaət etmədiyin Allahın bağışlayacağına ümid etmək, bədbəxtçilikdir". Odur ki, heç bir müsəlman ümidsizliyə qapanıb itaətləri tərk etməməli, həmçinin Allahın bağışlayan olmasına ümid edib günah əməllərə davam etməməlidir. Mömin insan ümid və qorxu ilə Allaha ibadət etməlidir. Uca Allah möminləri vəsf edərək buyurur: "Onlar gecə namazını qıl­maq üçün böyürlərini yataq­dan qaldı­rır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və on­lara ver­di­yi­miz ruzi­lərdən Allah yo­lun­da xərcləyirlər" (əs-Səcdə, 16). Müsəlman Allahın mərhəmətinə arxayın olub tövbəni gecikdirməməli, günah əməllərinə davam etməməlidir. Həmçinin oxuyun: Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?

Paylaş: