Dildə pıçıltı ilə demədən hər hansı bir ayəni ürəyində oxumaq olarmı?
Sual:
Salam dildə pıçıltı ilə təkrar etmədən ürəkdə hansısa ayəni oxumaq olarmı ? Yəni qəbul olunandır bu ?
Cavab:
Və aleykum Salam. Uca Allahı zikr etmək üç növdür: 1) Yalnız qəlbdə zikr etmək - bu zikr Uca Allahın böyüklüyünü düşünmək və ya dili tərpətmədən ayə və zikrləri ürəkdə oxumaqla olur; 2) Yalnız dildə zikr etmək - yəni başqa bir şey düşünərək dildə Allahı yad etmək və ya mənasını bilmədən ərəbcə Quran ayəsini oxumaq; 3) Həm dildə, həm də qəlbdə zikr etmək - yəni dillə dediyini həm də düşünüb tədəbbür etmək. Bu zikrlərin hər birinə görə savab var. Ən gözəl zikr isə Uca Allahı eyni vaxtda həm dildə, həm də qəlbdə zikr etməkdir. Zikrləri, duaları, Quran ayələrini səssiz oxumaq icazəlidir və bu, Allahı qəlbdə zikr etmək sayılır. Lakin yaxşı olar ki, Quran ayəsi oxuyarkən yavaş da olsa, dil və dodaqlar tərpənsin. Çünki Uca Allah Quran oxuyana oxuduğu hər hərfə görə on savab yazır. Bu savaba isə ürəkdə oxumaqla deyil, yalnız dil və dodaqları tərpətməklə nail olmaq olar. Həmçinin oxuyun: