Bir müddət hicabsız namaz qılmaq olarmı?
Sual:
Salamaleykum mən bir müdətlik hicabsız namaz qıla bilərəmi. Mənim 14 yaşım var amma sonra hicab bağlayacam hələlik imkan yoxdu hocab almağa xaiş edirəm mənim suallımı cavablandırın çox vacibdi mənə
Cavab:
Və aleykum Salam. Əgər siz namaz qılarkən geyinilən paltarı nəzərdə tutursunuzsa, hicabsız namaz qılmaq olmaz, çünki hicabsız qılınan namaz qəbul olmur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Allah həddi büluğa çatan qadının namazını yalnız baş örtüyü ilə qəbul edər". (İbn Macəh, 655). Əgər hicab almağa maddi imkanınız yoxdursa, bu halda namaz qılarkən istənilən yaylıqla, yaxud hər hansı təmiz bir parça ilə başınızı, habelə əl və üz istisna olmaqla bədənin digər yerlərini örtüb namazı qıla bilərsiniz. Ətraflı oxuyun: Qadın makiyajlı oduğu halda başı açıq namaz qıla bilərmi?
Həmçinin oxuyun: Uşaqlar neçə yaşdan namaz qılmalı və qız uşaqları neçə yaşdan hicab bağlamalıdırlar?