Qadın makiyajlı oduğu halda başı açıq namaz qıla bilərmi?

    26.03.2018
Sual: 
Salam.Allahin izniyle yaxinda nisanim olacaq amma evde deyil ona gore namazimi orda nece qilim bilmirem.Serait yoxdu yeni.Bawi aciq kasmetikada oturagli qila bileremmi?Sadefe 1 namazim duwur hemin vaxta.
Cavab: 
Va aleykum Salam. Qadın kosmetikalı halda namaz qıla bilər, lakin bəzənməsinə bir az qalmış dəstəmaz almalı və harada olmasından asılı olmayaraq namazları adi qaydada vaxtında qılmalıdır. Səfərdə və ciddi zərurət hallarında isə Zöhrlə Əsri, Məğriblə də İşanı birləşdirmək və şərait olmadıqda oturaq halda qılmaq olar. Qadının hicabsız namaz qılması da icazəli deyil. Əlləri və üzü istisna olmaqla hər yeri bağlı olmalıdır. Ümumiyyətlə isə qadına hicab bağlamaq vacib olduğu üçün naməhrəmlərin yanında hicabsız olması qadağandır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: