Namaz qılarkən üzdə makiyaj ola bilərmi?
Sual:
Namazi qilarken uzde makiyaj yeni krem ola biler?
Cavab:
Salam aleykum. Üzdə makiyaj olan halda namaz qılına bilər. Amma dəstəmaz vaxtı bədən üzvləri yuyularkən suyun dəriyə çatması şərtdir. Əgər yuyulması vacib olan bədən üzvlərində və ya onların bir hissəsində su ilə dəri arasında bir maneə olub, suyun dəriyə çatmasına bir imkan verməzsə, dəstəmaz yerinə yetirilmiş sayılmaz. Belə olduğu halda kosmetik maddə silinməli və sonra dəstəmaz alınmalıdır. Bura üzə vurulan yağlı, qatı kosmetik maddələr, həmçinin dırnaq lakları və s. daxildir. Amma təbii sürmə kimi maddələr hər nə qədər dərinin üzərini örtürsə də, suyun dəriyə çatmasına mane olmur.