Şiə namazı peyğəmbərlərdən qalıbmı?
Sual:
Salam aleykum. Shie namazı peygemberlerden qalIbmi? Bir de vitr namazi Ramazan ayinda qilinirmi? Texminen saat neche de? Men shieyeyem Ramazan ayinda qila bilerem vitr namazini?
Cavab:
Aleykum salam. Bütün peyğəmbərlər (Allahın onlara salamı olsun) namaz qılıb oruc tutublar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, biz peyğəmbərlərə iftarı (gün batan kimi) tezləşdirmək, səhuru (sübh namazına qədər) gecikdirmək və namazda sağ əli sol əlin üzərinə qoymaq əmr olundu".
Bu və digər səhih hədislərdən peyğəmbərlərin (Allahın onlara salamı olsun) yuxarıda buyurulduğu kimi namaz qılmaları və oruc tutmaları məlum olur.
Vitr namazı istər Ramazan ayında, istərsə də başqa aylarda işa namazından sonra sübh namazına qədər qılına bilər.