İnsan öz ölümünü hiss edə bilərmi?
Va aleykum Salam. Belə fikirlər şeytanın vəsvəsələridi, buna aldanmaq lazım deyil. Uca Allah hələ biz anamızın bətnində olarkən əcəlimizi yazmışdır və bu əcəl gəldikdə, nə gecikər, nə də tezləşər. Əcəlin nə zaman gələcəyini Allahdan başqa heç kəs bilməz. Uca Allah buyurur: "Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır" (Loğman, 34). Odur ki, insan həyatını Allahı razı salacaq əməllər etməklə keçirməyə can atmalı, Uca Allahdan daim afiyət və itaətdə keçən uzun ömür diləməlidir. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bildirmişdir ki, ən xeyirli insanlar ömrü uzun olub əməlləri yaxşı olan insanlardır. Daha ətraflı: