Bir insandan şübhələnməyim səbəbi ilə ailəmdə hüzur pozulub...

    22.02.2022
Sual: 
Salam Aleykum.Bir nece il evvel telefonla yaxın biri ile danışanda onun yavasca yanında kimese yoldaşımın adını çekdiyini eşitdim.ama mene evde tek olduğunu demişdi.hemin vaxtlarda men ozumu çox pis hiss edirdim,yoldaşımla çox mubahisemiz düşürdü.deli olacağımı düşünürdüm.Sonralar bir neçe defe hemin adamdan şübheleneceyim bir neçe hallar oldu.Ustunden 4 il keçir hele de evimde huzurum yoxdu.Qara basmalarim olurdu.ruqya etdiler duzeldim.Ama bir neçe müddet keçir yeniden narahatçılıqlar baş verir.Ozum çalışdıqca boynuma düşen ferzleri edirem.Ama o insana qarşı icimde subhe olur.Eslinde haqqa girmekden çox qorxuram.Allaha dua edirem ki şübhelerden qurtulum.Alinmir.sebeb oldu deye şübhelendim.
Cavab: 
Və aleykum Salam. Bu hal şeytanın vəsvəsəsi ilə bağlı ola bilər və belə şeylərə çox fikir vermək lazım deyil. Şeytan insanları şübhəyə salmaq və aralarında ədavət salmaq üçün sizə bu səsi eşitdirə də bilər. Odur ki zənnə qapanmayın və pis zənn etməkdən çəkinin. Uca Allah buyurur: "Ey iman gətirənlər! Çox zənnə –gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Bir-birinizin sirrini arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, allah tövbələri qəbul edəndir, rəhmlidir!" (əl-Hucurat, 12). Həmnçinin buyurur: "Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz". (Yunus, 36); "Zənn isə əsla həqiqət ola bilməz". (ən-Nəcm, 28). Belə hallarda şəriətimiz Allahı çox zikr etməyi, Quran ayələrinin səsli oxunuşuna qulaq asmağı tövsiyə edir. Hənçinin yoldaşınızla münasibətlərinizi düzəldirn. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, qadın ərinin haqqını ödəmədikcə imanın ləzzətini tapa bilməz. (əl-Mustədrək, 7405). Daha ətraflı:
Teqlər: 
Paylaş: