Namaz qılan şəxslər çayxanada vaxt keçirə bilərlərmi?

    02.09.2021
Kimdən: 
Elgun
Sual: 
As salami aleykum ve rehmatullah Namaz qilan sexsler yigisib gedib kafede cayxanada cay icib vaxtlarini kecire sopet ede bilermi
Cavab: 
Və aleykumus-Sələm və Rahəmətullahi və Bərakətuhu. Həddi aşmamaq və harama düşməmək şərtilə bir yerə toplaşıb çay içməkdə və söhbət etmələrində heç bir qadağa yoxdur. Ümumiyyətlə möminlər bir yerə toplaşdıqda Allahı zikr etməli və qeybət kimi günahlardan çəkinməlidirlər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Məclisdən Allahı zikr etməmiş qal­xan camaat uzunqulaq leşi üzə­rindən qalxmış kimidir. Buna görə o məclis iştirakçıları peş­man olacaq­lar". (Əbu Davud, 4855; ət-Tirmizi, 3380).
Əksinə, bəzən belə məclislər faydalı da ola bilər. Əgər müsəlmanlar bir yerə toplaşdıqda Allahı yad edirlərsə, başqa söhbətlərlə yanaşı biri-biriləri ilə dini mövzular barədə də söhbət edirlərsə, belə məclislər faydalı məclislərdir. Həmçinin oxuyun:
Paylaş: