Özümdən 13 yaş kiçik xanımla ailə həyatı qurmaq olarmı?

    04.02.2021
Sual: 
Salam aleykum. Özümdən 13yaş kiçik xanımla aile həyati qurmaq olarmı?
Cavab: 

Və aleykum Salam. İslam dini qadının evlilik yaşını onun həddi-büluğa yetməsi ilə müəyyən etmişdir. Uca Allah buyurur: "Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (həddi-büluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın". (ən-Nisa, 6).
Bu ayədə Uca Allah: "Yetimləri nikah yaşına çatanadək sınayın" - deyə buyurur. Təfsir alimi Mucahid demişdir: "Yəni həddi-büluğa çatana qədər". (İbn Kəsir, Əzəmətli Quranın təfsiri). Əgər evlənmək istədiyiniz xanım nikah yaşına çatııbsa, sizdən 13 yaş kiçik olmasına baxmayaraq onunla evlənmək icazəlidir. Həmçinin oxuyun: Evlənmək üçün müəyyən yaş həddi vardırmı?

 
Teqlər: 
Paylaş: