Quranı Kərimdə ilk və sonuncu nazil olan ayələr hansılardır?

    27.04.2014
Kimdən: 
İsa Rüfət
Sual: 
Salam aleykum. Qurani Kerimde ilk ve son nazil olan ayeler hansilardi ve hansi surededi? Ilk nazil sure Aleq suresinin birinci ayesidirmi?
Cavab: 

Aleykum salam. İlk nazil olan ayələr əl-Ələq surəsinin ilk 5 ayəsidir:

1. Yaradan Rəbbinin adı ilə oxu!
2. O, insanı qan laxtasından yaratdı.
3. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.
4. O, qələmlə yazmağı öyrətdi.
5. İnsana bilmədiklərini öyrətdi.

Sonuncu nazil olan ayə isə əl Maidə surəinin üçüncü ayəsidir: "...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etməyərək aclıq üzündən (haram olanlardan istifadə etməyə) məcbur olarsa, (bilsin ki,) Allah Bağışlayandır, Rəhmlidir". (əl Maidə, 3).

Teqlər: 
Paylaş: