əl-Əraf suərsinin 40-cı ayəsinin təfsirini yaza bilərsinizmi?
Aleykum salam. Ayəni dəqiq tərcümə etsək orada Allah Təala belə deyir: "Onlar üçün səmanın qapısı açılmayacaq" bu ayənin təfsirində bir neçə görüş vardır. Onlardan bəzilərini qeyd edirik:
1) Bəzi təfsir alimlər demişlər ki, burada kafirlərin duası nəzərdə tutulur. Yəni dualar edildikdə səmanın qapıları açılmır, yəni qəbul olmur.
2) Bəzi təfsir alimlər demişlər ki, kafirlərin ruhları səmaya qalxdıqda, səmanın qapıları açılmayacaqdır. Bu barədə Möminin və kafirin ölümü məqaləsini oxuya bilərsiniz.
3) Bəzi təfsir alimlər demişlər ki, burda məqsəd onların əməllərinin qəbul olmamasıdır. Yəni kafirlərin əməlləri qalxacaq lakin qəbul olmayın yerə çırpılacaqdır.
4) Bəzi təfsir alimlər demişlər ki, "Onlar üçün səmanın qapısı açılmayacaq" yəni onlar cənnətə girə bilmiyəcəklər. Bəzi alimlər isə demişlər ki, onların üzərinə rəhmət qapıları açılmayacaqdır. Yəni kafirlərə rəhm olunmayacaqdır. Təfsir alimləri bu ayəni belə izah etmişlər.