Sübh namazına vaxtında dura bilmədiyimə görə günah qazanıram?

    29.04.2014
Kimdən: 
Günel
Sual: 
Salam aleykum. Her gun subh namazina dura bilmirem. Bu choxmu gunahdir? Meslehetiniz nedir mene? Ne edim ki, vaxtinda qilim?
Cavab: 

Aleykum salam. İndi yazın gəlişi ilə bağlı yuxu insan üçün çox şirin olmuşdur. Ona görə də sübh namazına vaxtında dura bilmək üçün axşam tez yatmağa çalışmaq, telefonda və ya saatda iki vaxtda zəng qoymaq. Çünki bir vaxtda qoyduqda əksər hallarda oyanmaq çətin olur. Odur ki, iki və ya daha çox vaxtda zəng qoyun. Həmçinin, sübh namazına zəng çaldıqda dərhal yerindən qalxmağa çalışmaq lazımdır.
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Elə bir müsəlman kişi və ya qadın yoxdur ki, yatdığı zaman ona düyün vurulmasın. Səhər oyanıb Allahı zikr edərsə, bir düyün açılar. Dəstəmaz alıb namaza durarsa, gümrah olar, xeyir qazanar və bütün düyünləri açılar. Səhər oyanıb Allahı zikr etməzsə, düyünləri açılmaz, yuxudan əzgin və tənbəl oyanar və xeyir əldə etməz". (İbn Hibban, 2556). 

Teqlər: 
Paylaş: