Nəyə görə İslamda cümə günü müqəddəs sayılır?

    30.04.2014
Kimdən: 
İsa Rüfət
Sual: 
Salam aleykum. Cume gunu niye islam dininde muqeddes gun sayilir ve cume namazi niye vacibdir?
Cavab: 

Aleykum salam. Cümə günü çox mübarək bir gündür. Allah Elçisi (salləllahu aleyhi və səlləm de­miş­dir: "Allah dərgahında ən fəzilətli gün Cümə günüdür". (Hədis səhihdir).
Həmçinin, o demişdir: "Günəşin üzərinə doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm yaradılmış, o gün yer üzünə endirilmiş, o gün tövbəsi qəbul edilmiş və o gün vəfat etmişdir. Qiyamət günü də o gün qopacaqdır. Cin və insanlardan başqa elə bir canlı yoxdur ki, Cümə günü dan yeri ağarandan günəş çıxana qədər Qiyamətin qopmasına görə qorxu içində gözləməsinlər. Bu gündə elə bir saat vardır ki, müsəlman bir qul həmin saatda namaz qılarkən Allahdan dilədiyini Allah ona verər...". (Əbu Davud, 1048).

Cümə namazının vacib olması haqda isə Qurani Kərimdə Uca Allah buyurur: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (əl-Cümə, 9).
 
Teqlər: 
Paylaş: