Hamilə vaxtı qanaxma baş verdikdə namazları qəzaya saxlamaq lazımdırmı?

    30.04.2014
Sual: 
Salam aleykum. Bele bir sual vereceyim uchun onceden uzr isteyirem. Amma bu suali vermeye mecburam. Bilmek isteyirem ki, eger hamileliyin 4-cu ayinda qanaxma bashlayarsa, amma ushağa heç bir shey olmayib. İndi hekim nezareti altindayam. İndi nece etmeliyem, bu zaman namaz qilmaliyami, yoxsa qezaya saxlanmalidir? İndiden teshekkur edirem. Allah sizden razi olsun. Mumkundurse tez bir zamanda sulami cavablandirardiniz.
Cavab: 

Aleykum salam. Namazları qəzaya saxlamağa gərək yoxdur. Bacardığınız şəkildə namazlarınızı qılmağa davam edin. Allah Təala buyurur: "...Allahdan bacardığınız qədər qorxun...". (ət Təğabun, 16). 
Allah köməyiniz olsun!

Paylaş: