İslam haqq dindirsə, nə üçün müsəlmanlar zəifdirlər?

    07.08.2023
Sual: 
salam. Əgər İslam doğrudursa onda müsəlmanlar digər dinlərin mənsublarına nisbətən niyə zəifdirlər? Hal-hazırda dünyada ən çox əzilən müsəlmanlardır
Cavab: 

Va aleykum Salam. Müasir müsəlmanların zəif olmaları, başqaları tərəfindən əzilmələri İslam dininin zəif olması demək deyil. Sadəcə müasir müsəlmanlar Allahın dinindən uzaqlaşdıqlarına görə bu hala düşüblər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Vaxt gələcək insanlar bir qabdan (yaxud sinidən) yemək yedikləri kimi, digər ümmətlər də sizin üzərinizdə meydan oxuyacaqlar". Biz dedik: "Məgər həmin vaxt sayımız az olacaq, ey Allahın rəsulu?" O dedi: "Əksinə, həmin vaxt sizin sayınız olduqca çox olacaq, lakin siz selin yığıb gətirdiyi çör-çöp kimi olacaqsınız. O zaman düşmənlərinizin qəlblərindən sizin heybətiniz götürüləcək, sizin qəlbinizdə isə "vahn" olacaqdır". Soruşdular: "Vahn nədir, ey Allahın rəsulu?" O dedi: "Həyata qarşı sevgi və ölümə qarşı nifrət". (İmam Əhməd, 5/278; Əbu Dəvud, 2/210). Müsəlmanların ayrılığı, bidət və şirkin olması, Allahın və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolundan uzaqlaşmaları bütün belə hallara səbəbdir. Bidət və şirk günahlarına görə müsəlmanlar bu günkü gündə zəifləmişlər. Həmçinin oxuyun: 
Bidət nədir?
Şirk nədir?

Paylaş: