əl-Qiyəmə surəsinin 4-cü ayəsinin dəqiq tərcüməsini yazın
Sual:
Salam aleykum. Ve birde qiyamet suresindeki 4-cu ayede "beli, onun barmaqlarını duzeltmeye qadirik" ayesındeki "barmaqlarını", bezi tercumelerde ise "barmaqlarinin uclarini" kimi tercume olunub. Hansi en duzgun tercumedir?
Cavab:
Aleykum salam. Ən düzgün tərcümə budur: "İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik. Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik". (əl Qiyəmə, 3-4).
Ərəb dilində "bənənəhu" - insanın barmaq ucları deməkdir.