Peyğəmbərlə bağlı sual

    01.05.2014
Sual: 
Salam aleykum. Bir sualda namazin vaxtlari haqqinda soruşmuşdular. Siz de sehv etmiremse, Cebrailin gelib Muhemmed peygembere qalx namaz qil demişdi ve belelikle peygember namazin vaxtlarini oyrenmişdi. Men anlamiram bu nece olur? Bes evvelki peygemberler namaz qilmayiblarmi? Qiliblarsa da ilk peygember Nuh nece namaz qilib? O nece oyrenib namazi? Birde ki, peygemberlik qirx yaşdan sonra peygemberlere verilir.Onda peygember qirx yawindan evvel nece namazi qilirdi?Yoxsa qilmirdi? Bir sualim daha var. Bir yerde yazmishdiz ki, islami ilk qebul eden Muhemmed peygember olub. Bes evvelki peygemberler hansi dinde olublar?
Cavab: 

Aleykum salam. Bizə məlumdur ki, bütün peyğəmbərlər (Allahın onlara salamı olsun) namaz qılıb oruc tutublar. Lakin Muhəmməd peyğəmbərdən (sallallahu aleyhi və səlləm) əvvəlki peyğəmbərlərin (Allahın onlara salamı olsun) dəqiq necə namaz qılmaları barədə məlumat yoxdur. Qırx yaşından sonra yalnız Muhəmməd peyğəmbərə (salləllahu aleyhi və səlləm) peyğəmbərlik verilib. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) peyğəmbərlik verilməmişdən əvvəl namaz qılmamışdır. Uca Allah buyurur: "Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən onları doğru yola yönəldirsən – göylərdə və yerdəkilərin sahibi Allahın yoluna. Şübhəsiz ki, bütün işlər Allaha qayıdır". (əş-Şura, 52-53).  
Bu ümmətdən ilk müsəlman olan Muhəmməd (salləllahu aleyhi və səlləm) peyğəmbərdir. Uca Allah buyurur: "De: "Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı". De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm". (əl-Ənam, 161-163).
Əvvəlki bütün peyğəmbərlər (Allahın onlara salamı olsun) İslam dinində olublar. Uca Allah buyurur: "İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: "Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!" Yoxsa siz Yaquba ölüm gəldikdə onun yanında idiniz? O zaman o, öz oğullarına dedi: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" Onlar dedilər: "Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!". (əl-Bəqərə, 132-133).

 

Teqlər: 
Paylaş: