Düzgün kəsilməyən kəbin yenidən kəsilməlidirmi?
Sual:
Salam aleykum.Bizim nigah 6 il əvvəl molla tərəfindən kəsilib.mehr olub ama şahid Vəli olmayıb sadəcə oğlan olub.resmi nigahda olub həmin qaydada.oglan tərəfi qız isdemeye gedib qız tərəfi vəlisi razılıq verib.Sonra qızın atasi dini nikah kesdirilmesini isdedi
Cahillikdən qeyd etdiyimiz kimi kəsildi nigahlar.Sonra 200-300 nəfərlik qız toyu oldu sonra oğlan toyu oldu.aileler toyda xeyir dua verdilər.bilmek isdiyirem ki yenidən nigaha ehtiyac varmı?yoxsa nigahlar kecerlidirmi?Kağız olaraq dini də var resmide
Cavab:
Va aleykum salam. Əgər qızın vəlisi şahidlər qarşısında nikaha razılıq veribsə, lakin cahillik səbəbindən nikah vəlinin və şahidlərin iştirakı olmadan kəsilibsə, bu halda nikah doğru sayılır. Yeni nikah bağlanmasına ehtiyac yoxdur. Vəlilərin iştirakı ilə toyun olması bir növ kəbinin şərtlərinin yerinə yetirilməsinə dəlalət edir. Ətraflı oxuyun:
Nikah bağlamağın qaydaları
Cahil vaxtı evlənənlər islama gəldikdən sonra kəbin kəsdirməlidirlərmi?