Torpağın üstündə səcdə etməyin xeyri haqda yaza bilərsinizmi?

    02.05.2014
Kimdən: 
Məryəm
Sual: 
Salam aleykum. Biz kend yerinde yashadigimizdan evimiz heyet evidir. Men isteyirem ki, herden bir heyetimizde torpagin ustunde namaz qilim. Bele etsem yaxshi olarmi? Siz mene meslehet verinde! Men butun gunu ilahiyyatchilarin mouzelerine qulaq asiram ve ilahiyyatchidan eshitdim ki, insan torpaginda ustunde Allaha secde edende Allah Tealanin qabaginda daha kichilir. İnsan torpaginda ustunde Allaha secde etmeyin xeyrini yazinda Allah komeyiniz olsun!
Cavab: 

Aleykum salam. Təmiz olan hər bir yerdə namaz qılıb Allaha səcdə edə bilərsiniz. İstər evdə, həyətdə, istərsə də digər yerlərdə. Yetər ki, səcdə edəcəyiniz yer şəriətin murdar hesab etdiyi şeylərdən pak olsun. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "...Bütün yer üzü mənim üçün səcdəgah qərar verildi...". (əl-Buxari "Namaz", 427; Muslim "Məscidlər və namaz qılınan yerlər" 521; ən-Nəsai "Qüsl və təyəmmüm" 432; İmam Əhməd, 3/304; əd-Darimi "Namaz", 1389). 
Ümumiyyətlə sırf torpağa səcdə etmək haqda nə Qurani Kərimdə, nə də Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhih hədislərində bir buyruq və ya bir məlumat yoxdur. 

Teqlər: 
Paylaş: