Bəzi qadınların etdikləri əməllərə görə hicab geyinməyə çəkinirəm...

    10.11.2021
Sual: 
Salam.men hicab baglamaq isteyirem amaa. Yoldasim hicablı xanimla mene xeyanet edir.o qadin evlidi 3 usagi var ve bir cox kisilerle munasibet qurur.aciq askar zina edir...men hicaba kecmeye qorxuram.hicablılar gözümnen düsür.o qadının cezsı nedir??men ne edim??baglasam pesman olacagimnan qorxuram.hicsblıların coxusu bu cur hicabla emellerinin üstünü örtür.
Cavab: 
Və aleykum salam. Hicab geyinib zina edən qadın böyük günah qazanmaqla yanaşı, tövbə edib hallallıq almadığı halda ola bilər ki, Qiyamət günü qazandığı savabları haqqına girdiyi qadınlara versin və ya haqqına girdiyi qadınların günahları ona yüklənərək Cəhənnəmə atılsın. Həmçinin, əriniz də sizin haqqınıza girdiyi üçün eyni qaydada cəzalandırıla bilər. Ona bu barədə ayə və hədisləri çatdırın, Allahdan qorxmağı, həmin qadınla əlaqəni kəsməyi, məscidə çox getməyi və xeyirli insanlarla oturub durmasını davamlı şəkildə, bu əməli tərk edənə qədər nəsihət edin. Daha ətraflı:
Bütün bunlara baxmayaraq hicab geyinməlisiniz, çünki hicab Allahın sizə olan əmridir. Qiyamət günü hər kəs öz əməlinə görə cavab verəcək, və başqalarının etdiyi pis əməllərə görə sizin hicab geyinməməyiniz üzr kimi qəbul edilməyəcək.  Daha ətraflı:  Hicab azadlıqdır! 
Paylaş: