Haqsız yerə edilən bəddua qəbul olunurmu?
Va aleykum Salam. Haqsız yerə başqasına bəddua və lənət etmək təhlükəlidir. Çünki bəddua və lənət haqsız yerə edilərsə, öz sahibinə qayıda bilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Hər hansı bir şeyə lənət etdikdə o, göy üzünə çıxar. Səmanın qapıları ona bağlanar. Sonra yerə enər, yer üzünün qapıları ona bağlanar sonra sağa-sola boylanar. Daxil olacaq bir yer tapmadıqda lənət edilən şəxsə gedər. Əgər o bu lənətə layiqdirsə, onda qalar, deyilsə lənət edənə qayıdar". (Əbu Davud).
Bu hədisdən göründüyü kimi lənət haqsız yerə söyləndiyi zaman sahibinin özünə qayıdar. Odur ki, tez-tez bəddua edib bunu adət halına çevirməkdən çəkinmək lazımdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəddua etməyin. Allahın duaları qəbul etdiyi ana rast gələr, O da qəbul edər". (Əbu Davud, 4/327). Həmçinin oxuyun: İslam dini lənəti bəyənirmi?