"Salam aleykum" əvəzinə sadəcə "salam" demək olarmı?

    03.10.2021
Kimdən: 
Səbuhi
Sual: 
Salam aleykum.cahil insanlara salam(salam aleykum)verərkən buna bitəhər baxırlar.sadəcə "salam"verib keçirəm.olarmı?
Cavab: 
Va aleykum Salam. Salam verməyin ən kamil forması "Əssələmu aleykum və Rahmətullahi və Bərakətuhu" deməkdir. Lakin sadəcə "Salam" demək də icazəlidir. Necə ki, Uca Allah buyurur: "Elçilərimiz İb­ra­himə İs­haqın doğu­­lacağı barədə müjdə gə­­tir­di­lər və: “Salam!”– dedi­lər. O da: “Sa­­lam!”– de­di və dərhal gedib qı­zar­dılmış bir buzov gə­tirdi" (Hud, 69). Həmçinin oxuyun: Sizə salam olsun!
Paylaş: