Ərinə xəyanət edən qadın ondan halallıq almalıdırmı?

    17.01.2022
Kimdən: 
Gunahkar
Sual: 
Salam.Men aileli qadinam ve yoldawimi cox sevirem.Amma weytan yoldan cixarib zina etmiwem, xeyanet etmiwem yoldawima bawqasiyla..Amma yoldawmi cox sevirem ve cox pewmanam,vicdan ezabi cekirem, Tovbe etmiwem Qurana el basmiwam teklikde ozumcun, bir daha o sehvi etmiyeceyime dair.Allah bagiwlayar meni InweAllah.Sualim budurki bes Allah meni bagiwlasa bu zinani etmemiw sayilacam?Sanki bele bir hereketi hec etmemiwem sayilacam?Bes heyat yoldawimin haqqina girmiw sayilirammi? O dunyada ondan bu xeyanetime gore halliq istemeliyemmi?..Kawki indi halliq ala bilseydim ondan.Amma deye bilmirem ona,facie baw verer desem.Gizledirem.Yalnizca bagiwlanmaq isteyirem.Hem Allah bagiwlasin hem yoldawim.Sagolun
Cavab: 

Va aleykum Salam. Zina etmək böyük günahdır, xüsusilə də evli insanın. Əgər ürəkdən peşman olub tövbə etmisinizsə, xeyirli əməllərinizi artıraraq (ibadətlər, valideynlərə yaxşılıq, gecə namazları, sədəqə və s.) Allahın sizi bağışlayacağına ümid edin. Allah tərəfindən bağışlanmış günah sanki edilməmiş sayılır. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Tövbə özündən əvvəlki günahları silir". (İmam Əhməd, 4/199, 204-205). Evli qadın zina etməklə həyat yoldaşının haqqına girmiş sayılır. Çünki kişinin qadın üzərində olan haqlarından biri də qadının onun namusunu qorumasıdır. Uca Allah əməlisaleh qadınları belə vəsf edir: "Əməlisaleh qadınlar itaətkar olub qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyanlardır" (ən-Nisa, 34). əs-Suddi və başqaları bu ayənin təfsirində demişlər: "Yəni ərləri yanlarında olmadıqda onların namusunu və malını qoruyarlar” (İbn Kəsirin təfsiri). Lakin əgər qeyd etdiyiniz kimi, ərinizdən halallıq almaq faciəyə səbəb olarsa, bu halda ona heç nə deməyin, bunun əvəzinə həyatınızın qalan hissəsini ona sadiq olub ona itaət etməklə və ona gözəl həyat yoldaşı olmaqla keçirməyə çalışın. Həmçinin nafilə namazları və saleh əməlləri (oruc, sədəqə və s.) artırın, çünki saleh əməllər günahların silinməsinə səbəbdir. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114). Həmçinin oxuyun:

Zina etmiş insan necə tövbə etməlidir?

Tövbə etsəm, Allah məni bağışlayarmı? 

Paylaş: