Valideynim məni istəmirsə, nə edə bilərəm?

    26.10.2022
Kimdən: 
Milana
Sual: 
Salam . Menim anam meni istemir, övladlari gözü göresi gelmir ancaq istəyir ki uzaq duraq illərdən üzümüzü görmese axtarmaz.boşanmişam 1 uşaqla yoldaşım narkaman idi dpyürdü, şikəst qoydu her yerimi vurub.ana olan kes deyir get ölün gəlsin, amma yanima gelme. Çox pis rəftar edir deyir özünü öldür, yaşama. Neçəsinə nə deyiller. Deyir neynirdim sizi dogub sizi öldererdim kaş. Bacim da rehmete gedib, bezib əsəbləri pozub intihar edib indi de mene deyir. Bilmirəm ne edim Allah mene sebir versin deyirəm. Sebr elədiyim qeder heç xoşbəxt deyilem
Cavab: 
Va aleykum Salam. Sözsüz ki, ananızın sizinlə belə rəftar etməsi düzgün deyil. Ananızın sizə qarşı belə davranması valideyn adını və haqqını onun üstündən götürmür. Düşdüyünüz bu çətinliklərə baxmayaraq sizin üzərinizə düşən səbir edib valideyniniz ilə gözəl rəftar etməkdir. İslam dininə görə Uca Allahın və Onun Elçisinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) haqqından sonra valideyn haqqı ən böyük haqq hesab olunur. Həmçinin, övladın da valideyn üzərində haqları vardır. Əgər valideyn övladına qarşı haqsızlıq edirsə, buna görə cavab verəcəkdir. Uca Allah buyurur: "O gün (Qiyamət günü) insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 6-8). Ananız sizə qarşı haqsızlıq etsə belə, eyni şeyi siz ona qarşı etməyin. Siz üzərinizə düşəni edin və valideyninizə qarşı kobudluq etməyin, onunla gözəl rəftar edin, ona nəsihət edin, Uca Allahdan onun qəlbində övladlarına qarşı mərhəmət yaratmasını diləyin.
Həmçinin, bir insanın öz canına qəsd etməsi böyük günahdır. Uca Allah buyurur: "Özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir" (ən-Nisa, 29). Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurdu: “Qulum canına qəsd etməklə Məni qabaqlamaq istədi, Mən də Cənnəti ona haram etdim!" (Səhih əl-Buxari, 3204, 3463).
Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: