Tövbəni pozmağın kəffarəsi varmı?

    03.10.2021
Kimdən: 
Hikmət
Sual: 
Salam Aleykum.Tövbə pozularsa kəffarəsi varmı?.Varsa Nələrdir.
Cavab: 
Va aleykum Salam. Kəffarə - şəriətin qadağan etdiyi hər hansı bir əməli edən şəxsin bağışlanmaq üçün etməli olduğu əməllərdir. Bəzi günahların kəffarəsi var və bu kəffarələri Uca Allah müəyyən etmişdir. Məsələn, andı istəmədən pozmağın kəffarəsi 10 (on) kasıbı yedizdirmək və ya geydirmək və ya üç gün oruc tutmaqdır. Əgər bir günah əməlin şəriət tərəfindən müəyyən edilmiş kəffarəsi varsa, bu kəffarəni vermək lazımdır. Əgər günahın şəriət tərəfindən müəyyən edilmiş kəffarəsi yoxdursa, bu günaha görə sadəcə tövbə etmək lazımdır. Ümumən isə tövbəni pozmağın kəffarəsi yoxdur. Sadəcə yenidən tövbə edib yaxşı əməlləri artırmaq lazımdır, çünki yaxşı əməllər günahları silir. Uca Allah buyurur: "Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır". (Hud, 114). Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Teqlər: 
Paylaş: