Haqsızlığa məruz qalanın haqsızlıq edənlərdən küsməsi günahdırmı?
Aleykum salam. İnsanlarla münasibətdə xoşagəlməz hallar çox olur. Buna baxmayaraq hər bir insan, xüsusilə də müsəlman insanlarla münasibətlərini həmişə qaydaya salmağa çalışmalıdır. Bu o demək deyildir ki, insan daima haqsızlığa səbir etməli və pis münasibətə göz yummalıdır. Sizin söylədiyiniz vəziyyətdə daha yaxşı olar ki, siz öz narahatlığınızı yoldaşlarınıza bəyan edəsiniz və aranızda olanlara görə bir-birinizi bağışlayıb yoldaşlığınıza davam edəsiniz. Çünki bu vəziyyətdə küsülü qalmaq problemi həll etmir, əksinə onun daha da dərinləşməsinə gətirib çıxardır. Uca Allah insanları bir cəmiyyət olaraq yaradıb və insanların bir-biriləri ilə münasibətini tənzimləmək üçün qaydalar təyin edib. Uca Allah insanlarla yaxşı davranmağı, onların arasında sülh yaratmağı, əfv etməyi, barışmağı buyurmuş, insanlara zülm etməyi, insanları bir-birindən ayırmağı, küsülü qalmağı isə qadağan etmişdir. Ona görə də kim barışığa gedirsə, sülhə çalışıb insanları birləşdirməyə səy göstərərsə, inşallah Allah Təalanın məhəbbətini qazanar. Bu əməllərin mükafatı isə olduqca böyükdür. Ənəs ibn Məlik (Allah ondan razı olsun) demişdir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əbu Əyyub əl-Ənsariyə (Allah ondan razı olsun) belə dedi: "Sənə bir ticarəti bildirimmi?" Əbu Əyyub (Allah ondan razı olsun): "Bəli" - dedi. O buyurdu: "İnsanların arası pozulduqda onların arasında sülh yaratmağa çalış və onlar bir-birilərindən uzaqlaşdıqda, onları yaxınlaşdır". Burada ticarət deyildikdə söhbət yaxşı əməl edib əvəzində böyük mükafat əldə etməkdən gedir. Mövzu ilə bağlı daha ətraflı buradan da oxuya bilərsiniz:
Küsmək barəsində
Qəzəbləndikdə özümə necə hakim olum?