Xəstəliyi səbəbindən ailə qura bilməyən qadın günah daşıyırmı?

    03.10.2021
Sual: 
Salam. Birini xeste olduğu üçün almırlarsa, yeni evlenmeyibse buna göre günah qazanır? Xestelik daxili orqanların xesteliyidir. 2 ci sualım ailesinde inanmayan insanlar varsa bu insanlara göre hemin inananlarda mesuliyyet daşıyır?
Cavab: 
Va aleykum salam.
1) Əgər qadınla xəstəliyinə görə ailə qurmurlarsa, buna görə qadına günah yazılmır. Uca Allah hər kəsi bir şeylə imtahan edir. Ola bilsin bu qadının dünyadakı imtahanı belədir. Bu halda qadın səbir etməli və özünü haramlardan qorumalıdır. Belə bir imtahana çəkilmiş qadın ümidini kəsməməli və Allaha dua edərək bu xəstəliyi ilə onu qəbul edəcək birini yetirməsini diləməlidir.
2) Əvvəla bunu bilmək lazımdır ki, iman neməti ən böyük nemətdir və hidayət Uca Allahın əlindədir, istədiyinə onu verir. Əgər ailə üzvləri arasında iman gətirməyənlər varsa, ailə üzvlərindən iman gətirənlərin üzərinə onları gözəl şəkildə dəvət etmək düşür. Xüsusən əgər iman gətirməyənlər valideynlərdirsə, onlara qarşı daha da nəzakətli olmalı və dünya işlərində onlara itaət etmək lazımdır. Daha ətraflı:
Valideyn haqqı barədə
İslama dəvət necə olmalıdır?
Teqlər: 
Paylaş: