"Allah, Məhəmməd, ya Əli" demək şirkdirmi?
Əssələmu aleykum. Sözsüz ki, əməllər niyyətlərə görədir. Əgər kimsə belə deməklə Allahla yanaşı kimdənsə kömək istəmək deyil, sadəcə "Allah Rəbbimdir, Muhəmməd peyğəmbərim, Əli isə imamımdır" deməyi nəzərdə tutur, lakin cahilliyindən bu ifadəni işlədirsə, bunu deyən kəs şirk etmiş olmur. Bu ifadədə işlənən "ya" xitab ədatı duada istifadə edilir, bu ifadə, nəzərdə tutulan mənanı bildirmir. Amma bir daha bu ifadəni işlətməyin, çünki bu cür deyənlər Allahla yanaşı Muhəmməddən və Əlidən kömək istəməyi nəzərdə tuturlar. Bu isə İslamdan çıxaran böyük şirkdir. Odur ki, başqa niyyətlə olsa belə, bu ifadəni işlətmək doğru deyil. Əgər bir ifadə şirk mənasını verirsə, başqa niyyətlə olsa belə bu ifadəni işlətmək doğru deyil. Həmçinin bu ifadə xaçpərəstlərin dedikləri üçlüyə bənzəyir. Uca Allah buyurur: "Allaha və Onun elçilərinə iman gətirin və: “Üçdür!” deməyin. Batil əqidənizə son qoyun!" (ən-Nisa, 171). Uca Allah bizi kafirlərə bənzəməkdən çəkindirmişdir. Həmçinin oxuyun:
"Ya Əli", "Ya Mehdi" demək olarmı?
Divarda "Allah, Muhəmməd, Ya Əli!" sözləri yazılmış yerə getmək olarmı?