Tövbəni pozmağa görə kəffarə varmı?
Sual:
Salam men tovbemi pozduguma gore keffaresini oruc tutmaqla odemek isdiyirem amma tovbeni nece defe pozdugum yadimnan cixib ne ede bilerem
Cavab:
Va aleykum salam. Dinimizdə tövbə pozulduğuna görə kəffarə buyurulmayıb. Əgər insan günahdan səmimi tövbə edərsə, Uca Allah onun tövbəsini qəbul edəcəyinə və etdiyi günahı savabla əvəz edəcəyini vəd verir. Bu Uca Allahın qullarına olan lütfüdür. Uca Allah buyurur: "Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!" (əl-Furqan, 70). Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?