Üzə vurmaq olarmı? ƏDV-ni geri almaq dində icazəlidirmi?

    13.11.2021
Sual: 
Salam aleykum uze vurmaqda mekruh gorusu varmi bezi hedislerde de qadaga gelib ancaq mekruh deyen alimlerde var bide edv almaq icazelidirmi
Cavab: 
Va aleykum salam.
1) Dinimizdə üzə vurmaq haramdır. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bir adamı vur­du­ğu­nuz zaman üzünə vurmayın!" (Səhih əl-Buxari, 2559). Üzə vurmağın məkruh olduğunu deyən alim yoxdur. Həmçinin oxuyun: Boksla məşğul olmaq haramdır?
2) "ƏDV geri al" portalı vasitəsilə market və mağazalarda tutulan ƏDV-nin 15 faizini geri almaq icazəlidir, bunu qadağan edən hər hansı dəlil yoxdur.
Paylaş: