Boksla məşğul olmaq haramdır?

    20.02.2014
Kimdən: 
elsad
Sual: 
Salam aleykum. Boks idman novune getmek istiyirem. Bu halaldi yoxsa haram? Chunki Qurani Kerimde ozunuze zulm etmeyin deyir. Oradasa baxmisham agiz da qaniya biler. Birde mohurle namaz qilmaq olar? Chunki Sehih Buxaride Peygember uzursuz namazlari birleshdirib qilib yazilib...
Cavab: 

Aleykum salam. Boksda həyat üçün təhlükə, bədənə zərər, üzə vurmaq və digər şeylər olduğu üçün bu idman növü ilə məşğul olmaq qadağandır. Uca Allah buyurur: "...Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir". (əl Bəqərə, 195). "...Bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir". (ən-Nisa, 29). 
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bədəninizin sizin üzərinizdə haqqı var". (əl-Buxari "Sovm", 1839).
Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət olunduğuna görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Zərər vermə ki, zərər görməyəsən". (Hədis həsən dərəcəsindədir. İbn Məcəh, 2/784, № 2341; əd-Dəraqutni, 4/2288; İmam Əhməd, 1/313; İmam Malik "əl-Muvatta" əsəri, 2/746). 
Boksda zərbə endirərək zərər vermək mütləqdir. Bu isə bədən üzvlərindən istəlinən əzanı zədələyərək, həyatı təhlükəyə qədər gətirib çıxara bilər. Haram olmasının digər səbəbi isə üzə zərbə vurulmasıdır. Çünki, Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) üzə zərbə vurmağı qadağan etmişdir. (əl-Buxari, 1/216, №: 2421; Muslim, 2612). Həmçinin oxuyun:
Namazı möhürlə qılmaq olarmı?  Zərurətdə namazı birləşdirmək olarmı? 

 

Teqlər: 
Paylaş: