Allah barədə şübhələri olan şəxs Cənnətə girə bilərmi?
Sual:
Salam aleykum. Musəlmanın Allaha şüphələri olsa o cənnətə girə bilər?
Cavab:
Va aleykum Salam. Əgər Allah barədə qəlbə gələn şübhələr daimidirsə və insan bu şübhələr ilə razılaşırsa, belə şübhə küfr sayılır. Əgər şübhələr daimi deyilsə və belə şübhələr yarandıqda insan onları dəf etməyə çalışırsa, bu növ şübhələr şeytanın vəsvəsəsidir və imana təsir etmir. Belə insan Cənnətə girə bilər. Ətraflı oxuyun: Allah barədə ağıla gələn şübhələr imana təsir edirmi?